Hakimi söyən futbolçunun cəzası açıqlanıb

“Çelsi”nin futbolçusu Ris Ceyms hakimi təhqir etdiyi üçün cəzalandırılıb.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, müdafiəçi Premyer Liqanın 6-cı turunun “Aston Villa” ilə görüşündə (0:1) rəsmi şəxslərin ünvanına təhqiramiz ifadələr işlətməkdə təqsirli bilinib. Ceymsin özü bud nahiyəsindən zədələndiyi üçün oyunda iştirak etməsə də, stadionda olub. O, matçdan sonra tribunada hakim Jarred Gilletti söyüb.

Federasiya Ceymsi 1 oyunluq cəzalandırıb və onu 90 min funt sterlinq cərimələyib. Futbolçu Premyer Liqanın 8-ci turunun oktyabrın 7-də “Bernli” ilə keçiriləcək oyununu buraxacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button