“Çelsi”nin kapitanı 3-4 aylıq sıradan çıxıb

“Çelsi”nin kapitanı Ris Ceyms uzun müddət meydana çıxmayacaq.

Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, ingiltərəli müdafiəçi Finlandiyada əməliyyat olunub. 

24 yaşlı futbolçu 3-4 ay yaşıl meydanlardan uzaq qalacaq.

Ris Ceyms İngiltərə Premyer Liqasının 16-cı turunda, “Everton”la oyunda bud nahiyəsindən zədə alıb. Futbolçu bu mövsüm “Çelsi”nin heyətində 9 oyun keçirib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button