Tuxel “Real”la oyundan danışdı: “Cəsarətli ola biləcəyikmi?”
“Çelsi”nin (İngiltərə) baş məşqçisi Tomas Tuxel Çempionlar Liqasının yarımfinal mərhələsi çərçivəsində “Real”a (İspaniya) qarşı keçirəcəkləri oyundan əvvəl fikirlərini bildirib.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, alman mütəxəssis, “Real”ın bu matçda fərqli sistemlə oynayacağını gözlədiyini deyib:
“Əsas işimiz balansı qorumaq olacaq. Yarımfinal mərhələsindəyik və təzyiqlərin olması yaxşıdır. Özümüzə və gücümüzə inanırıq. İnam olmasa, heç nə əldə edə bilmərik.
“Real”ın bu matçda fərqli sistemlə oynayacağını düşünürəm. Biz də oyunun gedişində müəyyən dəyişikliklər edə bilərik. Əsas “Real”ın necə oynamağı deyil, bizim necə oynamağımızdır. Cəsarətli ola biləcəyikmi?
Serxio Ramosun oynayıb-oynamayacağını bilmirəm. Bizim üçün bunun fərqi yoxdur. O, son illərin ən uğurlu komandasının kapitanıdır. Lakin bizim diqqətimiz onda deyil. Onun əsas heyətdə yer alacağını düşünürəm və buna hazır olmalıyıq”.
Bu gün keçiriləcək “Çelsi” – “Real” matçı saat 23:00-da start götürəcək. Komandalar arasında İspaniyada baş tutan ilk görüşdə qollu bərabərlik qeydə alınıb – 1:1.
Bizi Facebook-da izləyin