“Çelsi”nin ilk rəqibi “Barselona” oldu
“Çelsi” yeni mövsümə hazırlıq planı çərçivəsində yoxlama oyunları keçirəcək.
Komanda.az klubun saytına istinadən xəbər verir ki, “zadəganlar” Yaponiyada keçirəcəyi təlim-məşq toplanışı çərçivəsindəki ilk sınaq matçında “Barselona” ilə qarşılaşacaq. Görüş iyulun 23-də, “Saytama” stadionunda oynanılacaq.
London təmsilçisi sözügedən qarşılaşmadan 4 gün sonra, iyulun 27-də “Kavasaki” klubuyla yoxlama oyununda qüvvəsini sınayacaq.
“Çelsi” İngiltərə Premyer Liqasında 34 turdan sonra 66 xalla 5-ci sırada qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin