“Çelsi”nin qapıçısı harada oynayacağına qərar verib

“Bornmut”da icarə əsasında çıxış edən “Çelsi”nin qapıçısı Kepa Arrisabalaqa növbəti mövsüm üçün özünə komanda seçib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 30 yaşlı qolkiper yay transfer pəncərəsində daimi olaraq “Bornmut”a keçmək istəyir.

İddia olunur ki, buna iki amil təsir edib: birincisi, ispaniyalı futbolçunun özü İngiltərə klubunun baş məşqçisi Andoni İraolanın rəhbərliyi altında oynamaqdan həzz alır. İkincisi, “Çelsi” yeni qapıçı almağa qərar verib.

Arrisabalaqa bu mövsüm bütün yarışlarda 23 oyun keçirib, 27 qol buraxıb və 6 dəfə qapısını toxunulmaz saxlayıb. Onun “Çelsi” ilə müqaviləsinin müddəti 2026-cı ilin yayına kimi nəzərdə tutulub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button