“Çelsi” portuqaliyalı üçün danışıqlara başlayıb
“Çelsi” “Milan”ın hücumçusu Rafael Leao ilə maraqlanır.
Komanda.az “Football London”-a istinadən xəbər verir ki, London klubu artıq italyanlarla danışıqlara başlayıb.
“Çelsi”nin baş məşqçisi Tomas Tuxel yay transfer pəncərəsi bağlanana qədər Leaonun alınmasını istəyir. “Zadəganlar” portuqaliyalı forvard üçün anlaşmaya bir və ya daha çox oyunçu daxil edə bilər.
Leao 2019-cu ilin avqustundan “Milan”da çıxış edir. O, ötən mövsüm A Seriyasında 34 oyuna çıxıb, 11 qol vurub və 10 məhsuldar ötürmə verib.
Bizi Telegramda izləyin
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin