“Çelsi”nin hücumçusu Türkiyə klubunda – Rəsmi

“Çelsi” hücumçusu David Datro Fofananı icarəyə verib.

Komanda.az xəbər verir ki, Premyer Liqa təmsilçisi Fil Dişi Sahili milli komandasının üzvünü “Göztəpə”yə göndərib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

21 yaşlı forvard 2024/2025 mövsümünü İzmir təmsilçisinin heyətində keçirəcək.

“Çelsi” David Datro Fofananı 2023-cü ilin yanvar ayında Norveçin “Molde” klubundan transfer edib. Hücumçu ötən mövsümün ikinci yarısını icarə əsasında “Bernli”də keçirib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button