“Çelsi”nin hücumçusu 6-8 həftə meydandan kənarda qalacaq

“Çelsi”nin baş məşqçisi Enzo Mareska hücumçu Nikolas Ceksonun zədəsi ilə bağlı danışıb.

Komanda.az “Football.London”-a istinadən xəbər verir ki, italiyalı çalışdırıcı, Ceksonun zədəsi ilə bağlı vəziyyətin daha ciddi olduğunu bilirib:

“Onun əzələ zədəsi olduğu aydın idi, amma bunun nə qədər ciddi olduğunu başa düşmədik. Müayinədən sonra məlum olub ki, Ceksonun problemləri var. O, altı həftədən səkkiz həftəyə qədər meydandan kənar qalacaq”.

Seneqallı forvard ombasından aldığı zədə səbəbindən 6-8 həftə yaşıl meydanlardan uzaq qalacaq.

Cekson bu mövsüm İngiltərə Premyer Liqasında 23 oyun keçirib, 9 qol vurub və 5 məhsuldar ötürmə edib. Onun komandası hazırda Premyer Liqanın turnir cədvəlində 4-cü pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button