“Çelsi”nin hücumçusu Niderland klubunda
“Çelsi” daha bir futbolçusunu icarəyə göndərib.
Komanda.az xəbər verir ki, London təmsilçisi 20 yaşlı hücumçusu Xuan Kastilyonu Niderlandın “Alkmaar” klubuna icarəyə verib.
Bu barədə hər iki klubun mətbuat xidməti məlumat yayıb. Niderlandlı futbolçu mövsümün sonunadək “Alkmaar”ın uğurları üçün çalışacaq.
Qeyd edək ki, Kastilyo “Ayaks”ın yetirməsidir. O, “Çelsi”nin gənclərdən ibarət komandasının formasını geyinirdi.
“Alkmaar” “Stok Siti”nin niderlandlı müdafiəçisi Bruno Martins İndini də heyətinə qatıb. 28 yaşlı futbolçu mövsümün sonuna kimi icarəyə götürülüb. “Feyenoord”un yetirməsi olan futbolçu 2014-cü ildə 7.7 milyon avroya “Portu”ya transfer edilib. Bundan 3 il sonra, 2017-ci ilin yayında “Stok Siti” də “Portu”ya 7.7 milyon avro ödəməklə İndini heyətinə qatıb. Bruno İngiltərə klubunda 137 oyuna çıxıb, 2 qol, 2 məhsuldar ötürmə müəllifi olub.
Bizi Facebook-da izləyin