“Çelsi” Fransa klubunun futbolçusuna göz dikib

“Loryan”ın yarımmüdafiəçisi Artur Avom karyerasını “Çelsi”də davam etdirə bilər.

Komanda.az “The Sun”-a istinadən xəbər verir ki, kamerunlu futbolçu hazırda İngiltərə klubu üçün əsas namizədlərdən biridir.

20 yaşlı yarımmüdafiəçi bu mövsüm bütün yarışlarda 32 oyun keçirib, 2 qol vurub və 5 məhsuldar ötürmə edib. Onun “Loryan”la hazırkı müqaviləsi 2026-cı ilin ortalarına qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button