“Çelsi” “Barselona”nın futbolçusunu “qaralayıb”

“Çelsi” “Barselona”nın müdafiəçisi Serjinyo Destlə maraqlanır.

Komanda.az “sport.es”-ə istinadən xəbər verir ki, 21 yaşlı futbolçunun növbəti transfer pəncərəsində “Barselona”dan ayrılacağı ehtimal edilir. Daha əvvəl Kataloniya klubunun ABŞ millisinin müdafiəçisini 20 milyon avroya satmağa hazır olduğu deyilmişdi.

Dest bu mövsüm “Barselona”nın heyətində bütün turnirlərdə 31 oyuna çıxıb və 3 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button