Oblak Premyer Liqa klubunun “radar”ındadır
“Atletiko”nun qapıçısı Yan Oblakın İngiltərə Premyer Liqasında çıxış etmək imkanı var.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Çelsi” 31 yaşlı qolkiperlə maraqlanır. Madrid klubu da yaxşı təklif alarsa, sloveniyalı futbolçunu satmağa hazırdır.
Oblak bu mövsüm “Atletiko”nun heyətində 50 matçda iştirak edib, 64 qol buraxıb və 13 görüşdə qapısını toxunulmaz saxlayıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin