
“Çelsi”nin futbolçusunda koronavirus aşkarlandı
“Çelsi”nin yarımmüdafiəçisi Saul Niqesin koronavirus testi müsbət çıxıb.
Komanda.az xəbər verir ki, ispaniyalı futbolçu İngiltərə kubokunun 1/4 finalında “Midlsbro”ya qarşı oynamayacaq.
“Təəssüf ki, koronavirus testim müsbət nəticələndi. Hələlik hər şey yaxşıdır, ciddi bir şey yoxdur. İndi özünə qulluq etməyin və hər şey normallaşana qədər gözləməyin vaxtıdır”, – Saul sosial şəbəkə hesabında yazıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin