“Çelsi”nin futbolçusu ərəblərlə anlaşa bilməyib
“Çelsi”nin yarımmüdafiəçisi Hakim Ziyeş “Əl-Nəsr”ə keçməyəcək.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 30 yaşlı futbolçu ilə Səudiyyə Ərəbistanı klubu arasında fikir ayrılığı yaşanıb. Nəticədə, onlar ortaq qərar verə bilməyiblər.
Mərakeşli futbolçu 2022/23 mövsümündə “zadəganlar”ın heyətində 24 oyuna çıxıb və üç məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin