“Çelsi”nin futbolçusu zədədən sonra geri dönüb

“Çelsi”nin müdafiəçisi Benoit Badiaşile komanda ilə birgə məşqlərə qayıdıb.

Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 22 yaşlı fransalı futbolçu may ayının sonunda aldığı zədədən tam sağalıb. Onun nə vaxt rəsmi oyunlarda iştirak edə biləcəyi dəqiqləşməyib.

Badiaşile 2023-cü ilin yanvarında “Monako”dan “Çelsi”yə keçib. O, “zadəganlar”ın heyətində 11 oyuna çıxıb və 1 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button