“Çelsi”nin futbolçusu Yaponiyada?
“Çelsi”nin futbolçusu Pedro Rodriqes karyerasını Yaponiyada davam etdirə bilər.
Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, “zadəganlar”ın heyətində kifayət qədər şans qazanmayan 32 yaşlı futbolçu “Vissel Kobe”nin hədəfindədir. London klubu ilə müqaviləsi cari mövsümün sonuda bitəcək futbolçunun Yaponiyaya transfer olunmaq ehtimalının yüksək olduğu bildirilir.
Hazırda “Vissel Kobe”nin heyətində Andres İnyesta, Tomas Vermalen kimi futbolçular çıxış edir.
Rodriqesin adı “İnter Mayami”, “Nyu York Siti” kimi klublarla da yanaşı çəkilir.
2015-ci ildən “Çelsi”nin şərəfini qoruyan ispan futbolçu, cari mövsümdə bütün turnirlər daxil olmaqla 12 oyunda iştirak edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin