“Bacarsam, 40 yaşıma qədər burda qalacam” – Villian

“Çelsi”nin futbolçusu Villian İngiltərə mətbuatına açıqlama verib.

Komanda.az xəbər verir ki, braziliyalı yarımmüdafiəçi, 40 yaşına qədər “zadəganlar”ın formasını geyinmək istədiyini deyib:

“Hər kəs bu klubu nə qədər çox sevdiyimi bilir. “Çelsi”də oynamağı çox sevirəm. Bacarsam, 40 yaşıma qədər burda qalacam. Ancaq futbol hər zaman istədiyin kimi olmur.

Burda qalmaq istəyirəm. Amma qərarı mən tək vermirəm. Bu qərarı klub da verməlidir. Bu mövzuda söhbətlərimiz olub”.

2013-cü ildən “Çelsi” forması geyinən Villianın müqaviləsi mövsümün sonuna qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button