“Çelsi”nin futbolçusu üçün iki seçim: İtaliya, yoxsa MLS?
İngiltərənin “Çelsi” klubunun hücumçusu “İnter”in hədəfindədir.
Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, “İnter” “zadəganlar”ın futbolçusu Olivye Jirunu heyətinə qatmaq niyyətindədir. “Neradzurra”nın baş məşqçisi Antonio Konte “Çelsi”də birlikdə çalışdığı 33 yaşlı futbolçunu Romelu Lukakunun əvəzləyicisi olaraq transfer edilməsini istəyir.
Bundan başqa, Jirunun MLS-in iki təmsilçisindən – “Nyu York Siti” və “Vankuver Uaytkeps”dən də təklif aldığı bildirilir. Futbolçu bir müddət əvvəl verdiyi açıqlamada MLS-də oynamaq istədiyini bildirmişdi.
Cari mövsümdə bütün turnirlər daxil olmaqla 5 oyunda iştirak edən fransalı futbolçu, 1 qolla yadda qalıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin