“Atamın astması var və virusu evə gətirməkdən qorxuram”

“Çelsi”nin futbolçusu Temmi Abraham koronavirus pandemiyasıyla bağlı açıqlama verib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, ingilis hücumçu, Premyer Liqanın mümkün bərpasıyla bağlı da fikirlərini bildirib:

“Biz də insanıq və hisslərimiz var. Hamımız dünyada baş verən prosesləri izləyirik. Futbola qayıtmağın təhlükəsiz olub-olmadığını başa düşməyə çalışırıq. Əsas olan sağlamlıqdır. Yaxşı mövsüm keçirmişəm və istərdim ki, davam etsin, ancaq təhlükəsiz olduqda. Atamın astması var və virusu evə gətirməkdən qorxuram. Ümid edirəm ki, hər şey qaydasında olar”.

Koronavirusa görə dayandırılan İngiltərə Premyer Liqasının 12 iyunda bərpa olunacağı gözlənilir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button