“Ortaya qoyduğumuz oyunla qürur duyuram” – Kapitan
“Çelsi”nin futbolçusu Sesar Aspilikueta UEFA superkubokunda “Liverpul”a məğlub olduqları oyundan sonra açıqlama verib.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, “zadəganlar”ın kapitanı, yaxşı oyun sərgilədiklərini deyib:
“Əlbəttə, məyusuq, ancaq ortaya qoyduğumuz oyunla qürur duyuram. Kompakt oynadıq, amma uduzduq. Daha az qol buraxmalıyıq. Əvvəlcə “Mançester Yunayted”, indi də “Liverpul”a qarşı yaxşı hücumlar etdik. Bir-birimiz üçün mübarizə aparsaq, yaxşı nəticələr qazanacağımıza inanıram. Çətin məğlubiyyət idi, ancaq oyunda yaxşı olduğumuzu düşünürəm”.
“Liverpul” – “Çelsi” matçının əsas vaxtı 1:1 hesabıyla başa çatıb. Əlavə vaxtda da bərabərlik qeydə alınıb – 2:2. Bu üzdən də, qalibi müəyyənləşdirmək üçün penalti seriyasına ehtiyac duyulub. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən “Liverpul” UEFA superkubokunun sahibi olub.
Bizi Facebook-da izləyin