“Barselona” “Çelsi”nin futbolçusu ilə razılığa gəldi
“Çelsi”nin futbolçusu Sesar Aspilikueta karyerasını İspaniyada davam etdirəcək.
Komanda.az xəbər verir ki, 32 yaşlı müdafiəçi “Barselona” klubu ilə razılaşıb. Bu barədə “sport.es” saytı məlumat yayıb. Xəbərdə, Aspilikuetanın Kataloniya klubu ilə ilkin müqavilə imzaladığı bildirilib.
İspaniya millisinin də üzvü olan müdafiəçi 2012-ci ilin yayından “Çelsi”də çıxış edir. Onun “zadəganlar”la müqaviləsi mövsümün sonuna qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin