“Çelsi”nin futbolçusu rəsmən “Milan”da

İtaliyanın “Milan” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, A Seriyası təmsilçisi İngiltərənin “Çelsi” klubunun yarımmüdafiəçisi Tyemua Bakayokonu heyətinə qatıb.

Bu barədə İtaliya klubunun rəsmi saytı məlumat yayıb. Fransalı futbolçu satınalma şərti ilə iki illik icarəyə götürülüb.

Bakayoko 2017-ci ildən “Çelsi”də çıxış edir. “Milan” 2018/19 mövsümündə də bu oyunçunu London klubundan icarəyə götürmüşdü. 27 yaşlı yarımmüdafiəçi “Monako” və “Napoli”də də icarədə olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button