Lukakunun “Yuventus”a keçidi niyə baş tutmayıb?

“Çelsi”nin futbolçusu Romelu Lukakunun meneceri Federiko Pastorello açıqlama verib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Pasterollo, Lukakunun “Mançester Yunayted”də çıxış etdiyi vaxtlarda “Yuventus”dan təklif aldığını deyib:

“Yuventus” Lukaku üçün “Mançester Yunayted”lə danışıqlar aparırdı. Turin təmsilçisi belçikalı hücumçu üçün Paulo Dibala və Mario Mancukiçi verməyə hazır idi. Ancaq danışıqlar bir yerdən sonra dayandı.

Dibala və “Mançester Yunayted” təkliflə razılaşmırdı. Lukaku “Yuventus”un baş məşqçisi Mauritsio Sarri və futbolçu Kriştiano Ronaldo ilə də görüşdü. Lakin keçid həll olunmadı. Sonra “İnter” təklif göndərdi və razılıq əldə olundu”.

Lukaku 2017-2019-cu illərdə “Mançester Yunayted”də çıxış edib. O, 2019-cu ilin yayında “İnter”ə, bu ilin avqustunda isə “Çelsi”yə keçib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button