“Real”ın “radar”ındadır – İngiltərə klubunun futbolçusu

“Real” heyətini gücləndirməyi planlaşdırır.

Komanda.az “DSports”-a istinadən xəbər verir ki, Madrid klubunun “radar”ında “Çelsi”nin yarımmüdafiəçisi Enzo Fernandes var.

“Kral klubu” londonlulara Fernandesi Orelyen Tçuameni ilə dəyişməyi təklif etməyə hazırdır. “Çelsi” Fernandesi layihənin mərkəzi fiquru kimi görür, ancaq onu Tçuameni ilə dəyişmək London klubunu düşündürə bilər. Bununla belə, danışıqlar prosesi çətin keçəcəyini vəd edir.

Eyni yaşda olan (24) futbolçulardan Fernandes 75 milyon, Tçuameni isə 80 milyon avro dəyərində qiymətləndirilir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button