“Çelsi”dən ayrılır: “Sarri hörmətsizlik etdi”
“Çelsi”nin futbolçusu Qari Keyhill mövsümün sonunda klubu tərk edəcək.
Komanda.az xəbər verir ki, bu barədə 33 yaşlı müdafiəçi, İngiltərə mətbuatına açıqlamasında deyib. “The Telegraph” nəşrinə danışan Keyhill, “Çelsi”nin baş məşqçisi Mauritsio Sarrini tənqid edib:
“Mövsümün sonunda klubdan ayrılacam. “Çelsi”dən ayrıldıqdan sonra bu mövsümü tamamilə ağlımdan silmək istəyirəm. Əvvəlki 6 mövsümdə “Çelsi” ilə hər şeyi qazandım. Belə rəftar gözləmirdim. Bir oyunçunu 2, 3, 4 oyun oynatmasaz, başa düşülər. Ancaq bu rəqəm 8-ə, 9-a çıxarsa, bunu izah etməlisiz. Mauritsio Sarri mənə bir səbəb demədi. Təkcə mənə deyil, “Çelsi”ylə titullar qazanmış bütün futbolçulara hörmətsizlik etdi”.
2012-ci ildən “Çelsi”də forma geyinən Keyhillin müqaviləsi mövsümün sonunda bitir. Müdafiəçi cari mövsümdə 7 qarşılaşmada forma geyinib.
Bizi Facebook-da izləyin