“Çelsi”nin futbolçusu “Monako”da – Rəsmi
Fransanın “Monako” klubunun “Çelsi”nin yarımmüdafiəçisi Timo Bakayokonu heyətinə qatmaq istədiyini xəbər vermişdik.
Komanda.az Fransa klubunun rəsmi saytına istinadən xəbər verir ki, “Monako” 25 yaşlı futbolçunu icarə əsasında heyətinə qatıb. “Knyazlıq klubu” Bakayoko ilə bir illik müqavilə bağlayıb. Müqaviləyə futbolçunu birdəfəlik transfer etmək bəndi də daxil edilib. “Monako”nun bu keçid üçün “zadəganlar”a 2,5 milyon avro ödədiyi bildirilir.
Ötən mövsümü “Milan”da icarə əsasında keçirən futbolçu, 2014-2017-ci illərdə də “Monako”nun şərəfini qoruyub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin