Təklif olmasa, “Çelsi”dən ayrılacaq
“Çelsi”nin futbolçusu Meyson Maunt qışda klubu tərk edə bilər.
Komanda.az xəbər verir ki, 22 yaşlı yarımmüdafiəçi “zadəganlar”la daha yaxşı şərtlərlə yeni müqavilə imzalamaq istəsə də, hələ ona təklif yoxdur. Bu barədə İspaniya mətbuatı məlumat yayıb. İngilis futbolçu klub rəhbərliyinin ona laqeyd münasibətindən narazıdır və qışda Londonu tərk etmək istəyir.
Meysonla İspaniyanın “Real” və Almaniyanın “Bayern” klubu yaxından maraqlanır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin