“Hazırda dünyanın ən yaxşı komandasıyıq” – Maunt
“Çelsi”nin futbolçusu Meyson Maunt Çempionlar Liqasının finalında “Mançester Siti”ni məğlub etdikləri oyundan (1:0) sonra fikirlərini bildirib.
Komanda.az xəbər verir ki, Maunt, turnirin qalibi olduqları üçün çox xoşbəxt olduğunu deyib:
“Hisslərimi ifadə edə bilmirəm. “Çelsi” ilə iki finalda uduzmuşdum və ancaq qələbə qazanmaq istəyirdim. Çox güclü rəqiblərlə oynadıq. Hazırda dünyanın ən yaxşı komandasıyıq. Bunu heç kim əlimizdən ala bilməz.
“Mançester Siti”nin Premyer Liqada nələr etdiyini görürsüz. Çox çətin oyun oldu və qol vurduqdan sonra müdafiəyə üstünlük verdik. Hər şeyimizi meydanda verdik və qələbə qazandıq”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin