“Roma” “Çelsi”nin futbolçusuna “elçi düşdü”

“Çelsi”nin futbolçusu Markos Alonso karyerasını İtaliyada davam etdirə bilər.

Komanda.az xəbər verir ki, ispan müdafiəçi ilə “Roma” klubu yaxından maraqlanır. Bu barədə İtaliya mətbuatı məlumat yayıb. “Canavarlar” 30 yaşlı futbolçunu satınalma hüququ ilə birlikdə icarəyə götürmək niyyətindədir.

Alonsonun “Çelsi” ilə müqaviləsi 2023-cü ilin yayına qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button