“Çelsi” Zumanı satacaq, onu alacaq

“Çelsi”nin futbolçusu Kurt Zuma London klubundan ayrıla bilər.

Komanda.az xəbər verir ki, bu barədə “Daily Star” nəşri məlumat yayıb. Xəbərdə, komandanın baş məşqçisi Frenk Lempardın Zumaya etimad etmədiyi və ona şans verməyəcəyi bildirilib.

“Çelsi” Zumanın satışından gələn pulun köməyiylə “Lester”dən Ben Çiluelli transfer etmək istəyir.

2014-cü ildən “Çelsi”də çıxış edən Zumanın müqaviləsi 2023-cü ilin yayına qədərdir. 25 yaşlı müdafiəçiylə “Tottenhem” yaxından maraqlanır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button