“Çelsi”dən ayrılmaq istəyir – rəhbərliklə görüşəcək
“Çelsi”nin futbolçusu Kallum Hadson-Odoi mövsümün sonunda klubu tərk edə bilər.
Komanda.az xəbər verir ki, 20 yaşlı yarımmüdafiəçi oyun praktikasının azlığından şikayətçidir. Bu barədə “The Athletic” nəşri məlumat yayıb. Kallum “Çelsi” rəhbərliyi ilə görüşüb, komandadan mümkün ayrılığını müzakirə etmək istəyir.
Kallum bu mövsüm Premyer Liqada 21 oyunda 2 qol vurub. İngiltərəli futbolçunun “transfermarkt”da dəyəri 35 milyon avrodur.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin