“Çelsi”nin futbolçusu milliyə çağırılmır: “Messi də olsa…”

“Çelsi”nin futbolçusu Hakim Ziyex Mərakeş millisinə çağırılmayacaq.

Komanda.az xəbər verir ki, bu barədə yığmanın baş məşqçisi Vahid Halilhociç açıqlama verib. Mərakeş mətbuatına danışan Halilhociç, Ziyexin komanda daxilində atmosferi pozduğunu və bu səbəbdən onu milliyə dəvət etməyəcəyini bildirib:

“Ziyexi milliyə çağırmağı düşünmürəm. Messi də olsa, belə bir oyunçunu komandamda istəmirəm”.

28 yaşlı yarımmüdafiəçi ötən ilin martında Mərakeşin Qanaya qarşı keçirdiyi yoxlama oyununa zədəli olduğunu deyərək, çıxmayıb. Mərakeş mətbuatı isə oyunçunun sağlıq durumunun yaxşı olduğunu, özünün oyunda iştirak etmək istəmədiyini iddia edib.

Ziyex Mərakeş yığmasında 40 oyunda 17 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button