“Çelsi”nin futbolçusu sağaldı – final matçında iştirak edə biləcək
İngiltərə Premyer Liqasının son turunda “Vulverhempton”la oyunda (2:0) zədələnən “Çelsi”nin futbolçusu Kristian Pulişiç zədəsini sağaldıb.
Komanda.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat verib.
21 yaşlı futbolçunun tam sağaldığı deyilir. Onun “Arsenal”la keçiriləcək İngiltərə Federasiya kubokunun final matçında iştirak edə biləcəyi bildirilir.
“Arsenal” – “Çelsi” final matçı sabah keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin