“Çelsi”nin futbolçusu cəzalandırıla bilər
“Çelsi”nin vingeri Rahim Sterlinq cəzalandırıla bilər.
Komanda.az “Daily Mail”-ə istinadən xəbər verir ki, buna səbəb onun Premyer Liqanın 11-ci turunda (4:1) “Tottenhem”lə qarşılaşmada rəqib komandanın azarkeşlərinin tribunasına əlinə keçən əşyanı onlara tərəf atması olub.
O, etdiyi hərəkətə görə intizam komitəsi tərəfindən diskvalifikasiya ediləcək.
Hadisə ilk yarıda, “Çelsi”nin yarımmüdafiəçisi Koul Palmerin penaltini dəqiq yerinə yetirməsindən sonra baş verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin