
“Çelsi”nin futbolçusu Bundesliqa klubuna keçir
Dortmund “Borussiya”sı yeni müdafiəçi transfer edəcək.
Komanda.az “Sky Sports”-a istinadən xəbər verir ki, Bundesliqa təmsilçisi “Çelsi”dən İan Maatseni icarəyə götürəcək.
21 yaşlı sol cinah müdafiəçisi mövsümün ikinci yarısını icarə əsasında Almaniya klubunda keçirəcək.
“Çelsi” Maatsei 2018-ci ilin yayında PSV akademiyasından transfer edib. Niderlandlı futbolçu bu mövsüm London təmsilçisinin heyətində 15 matçda meydana çıxıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin