“Çelsi”nin futbolçusu Almaniya klubu ilə anlaşıb

“Çelsi”nin müdafiəçisi Renato Veyqa qış transfer pəncərəsində komandadan getməyə hazırlaşır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, portuqaliyalı futbolçu artıq Dortmund “Borussiya”sı ilə anlaşıb və ona başqa iddiaçılar da var.

Londonlular 21 yaşlı oyunçunun satışından 20 milyon funt sterlinqdən çox, demək olar ki, 25 milyon avro qazanacaqlarını gözləyirlər. Onun “transfermarkt”da təxmini dəyəri 10 milyon avrodur.

“Çelsi” Veyqanı ötən ilin iyulunda İsveçrənin “Bazel” klubundan 14 milyon avroya alıb. O, Enzo Mareskanın komandasında 18 oyun keçirib, 2 qol vurub və 1 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button