“Çelsi”nin dünya çempionu olan qapıçısı öldü
Futbol üzrə İngiltərə millisinin və “Çelsi” klubunun sabiq qapıçısı Peter Bonetti dünyasını dəyişib.
Komanda.az xəbər verir ki, bu barədə London təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Xəbərdə keçmiş qolkiperin 78 yaşında vəfat etdiyi diqqətə çatdırılıb. Onun uzun müddətdi ağır bir xəstəlikdən əziyyət çəkdiyi bildirilir.
Qeyd edək ki, Peter Bonetti “Çelsi”nin heyətində 729 matçda meydanda olub. Bu isə klub tarixində ikinci göstəricidir. “Pişik” ləqəbli Bonetti 1966-cı ildə İngiltərə yığması ilə dünya çempionatında qızıl medal qazanıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin