“Nə hiss etdiyimi bilmirəm” – Tuxel

“Çelsi”nin baş məşqçisi Tomas Tuxel Çempionlar Liqasının finalında “Mançester Siti”ni məğlub edərək (1:0), çempion olduqları oyunu şərh edib.

Komanda.az xəbər verir ki, BBC-yə danışan alman mütəxəssis, çempionluq sevincini belə ifadə edib:

“Hər kəslə duyğularımızı bölüşmək inanılmazdır. Bunu bacardıq! Nə hiss etdiyimi bilmirəm. İkinci finalımda qələbə qazandım, özümü fərqli hiss edirəm.

Futbolçuların tək düşüncəsi oyunu qazanmaq idi. Hər kəsi irəli addımlamağa və daha cəsarətli oynamağa çağırdıq. Təhlükəli əks-hücumlar yaratdıq. Oyun fiziki baxımdan çox ağır keçirdi. Bir-birimizə kömək etmək məcburiyyətində idik”.

“Çelsi” klub tarixində 2-ci dəfə Çempionlar Liqasını qazanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button