“Əminəm ki, 1/4 finalda heç kim bizə rəqib olmaq istəmir” – Tuxel
“Çelsi”nin baş məşqçisi Tomas Tuxel Çempionlar Liqasının 1/8 final mərhələsində “Atletiko”nu (İspaniya) məğlub etdikləri oyundan sonra fikirlərini bildirib.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, alman mütəxəssis, 2:0 hesabıyla qələbə qazandıqları görüşü belə şərh edib:
“Mükəmməl oynadıq, bütün futbolçular çalışdılar. Həqiqətən, irəli getmək istəyimiz hiss olunurdu. Rəqib yüksək təzyiqlər edirdi, lakin müdafiədə verdikləri boşluqlardan istifadə edə bildik.
Mübarizədən zövq aldıq. Uşaqlar nəticəyə köklənmişdilər. Bu qələbəni çox arzulayırdıq. Bu, futbolçularda özünəinamı da artıracaq. Artıq xüsusi bir şeylər əldə edəcəyimizi düşünürük. Əminəm ki, 1/4 finalda heç kim bizə rəqib olmaq istəmir. Asan olmayacağını bilirik, lakin heç kimdən qorxmuruq”.
“Çelsi” ÇL-in 1/8 finalında “Atletiko”nu iki oyunun nəticəsinə görə (2:0, 1:0) məğlub edərək, 1/4 final mərhələsinə yüksəlib.
Bizi Facebook-da izləyin