Tuxel narahatdır
“Çelsi”nin baş məşqçisi Tomas Tuxel açıqlama verib.
Komanda.az xəbər verir ki, klubun mətbuat xidmətinə danışan alman mütəxəssis, heyətdəki problemlərdən söz açıb:
“Rəqabət etmək və istədiyimiz nəticələrə nail olmaq üçün bütün oyunçulara ehtiyacımız var. Uzun müddətdir ki, həm zədələrdən, həm də koronavirusa yoluxmalardan əziyyət çəkirik. Futbolda belə hallar olur. Çalışırıq ki, əlimizdə olanla ən yaxşısını edək”.
“Çelsi” Premyer Liqada 3-cü sıradadır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin