Mareska “Qarabağ”a qol vuran futbolçu haqda: “Əla çıxış edir”

“Çelsi”nin baş məşqçisi Enzo Mareska komandanın 21 yaşlı hücumçusu Alexandro Qarnaço barədə danışıb və onun formasından məmnunluğunu bildirib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, italiyalı çalışdırıcı, Qarnaço ilə hər şeyin yaxşı olduğunu deyib:

“Qarnaço ilə hər şey yaxşıdır, o inkişaf edir. Mən ondan dayanmamağı və əl çəkməməyi tələb edirəm. O, həm topla, həm də topsuz əla çıxış edir”.

Argentinalı forvard cari mövsümdə bütün turnirlərdə 9 oyuna çıxaraq, 2 qol vurub. Onun “Çelsi” ilə müqaviləsinin müddəti 2032-ci ilə qədərdir.

“Çelsi” noyabrın 5-də, UEFA Çempionlar Liqasının 4-cü turunda Bakıda “Qarabağ”la qarşılaşıb – 2:2. “Zadəganlar”ın ikinci qolunu Qarnaço vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button