“Onunla yaxşı münasibətim var, amma…” – Lempard
“Çelsi”nin baş məşqçisi Frenk Lempard komandadakı gələcəyi qeyri-müəyyən olan Villianla bağlı danışıb.
Komanda.az xəbər verir ki, “goal.com”a danışan Lempard, Villianın qısa zamanda qərarını verəcəyini deyib:
“Qərarı Villian özü verməlidir. Hələ ondan bir cavab ala bilməmişik, sadəcə komanda daxilindəki vəziyyəti bilirəm. Onunla yaxşı münasibətim var, amma qərarının necə olacağını bilmirəm. Yaxın günlərdə hər şeyə aydınlıq gələcək.
Villiandan razıyam, bu mövsüm möhtəşəm iş gördü. Verəcəyi hər bir qərara hörmətlə yanaşmalıyıq. “Çelsi”də qalmağı seçərsə, biz də onunla davam edəcəyik”.
Villianın “zadəganlar”la müqaviləsi avqustun sonuna qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin