“Çelsi”nin baş məşqçi postuna əsas namizəd odur

“Çelsi” Qrem Potterin qovulmasından sonra yeni baş məşqçi axtarır.

Komanda.az “Mirror”-a istinadən xəbər verir ki, portuqaliyalı məşqçi Marko Silva “zadəganlar”a rəhbərlik edə bilər. O, bu posta ən real namizədlərdən biri hesab olunur.

Silva 2021-ci ildən “Fulhem”ə rəhbərlik edir.

“Çelsi”nin Maurisio Poçettino, Yulian Naqelsmann və Robert De Zerbi ilə də maraqlandığı bildirilir.

“Çelsi” aprelin 2-də Qrem Potterin istefasını elan edib. 47 yaşlı ingilis mütəxəssis 2022-ci ilin sentyabrından komandaya rəhbərlik edirdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button