Tuxel: “Ən gözəl bayram hədiyyəmi “Çelsi”dən aldım”
“Çelsi”nin baş məşqçisi Tomas Tuxel açıqlama verib.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, alman mütəxəssis, Fransanın PSJ klubundan ayrılması ilə bağlı danışıb:
“Çox qəribə idi. 22 dekabr idi, nəsə olacağını hiss edirdim. PSJ-nin idman direktoru Leonardo ilə danışdım və növbəti gün “Strasburq”la matçdan əvvəl daha bir xəbər aldım. Məni qovacaqlarını hiss edirdim, lakin inanmadım.
Leonardo ilə söhbətimiz heç iki dəqiqə çəkmədi. Nə onun deyəcək bir şeyi var idi, nə də mənim. Daha sonra əşyalarımı yığdım və yeni ili qeyd etmək üçün Almaniyaya qayıtdım. İşdən ayrıldığım üçün yeni il maraqsız olmuşdu. Mən ən gözəl bayram hədiyyəmi “Çelsi”dən aldım”.
Tuxel 2018-2020-ci illər aralığında PSJ-ni çalışdırıb. Dekabrın 29-da Fransa klubundan ayrılan alman mütəxəssis 2021-ci ilin yanvarında “Çelsi”yə baş məşqçi təyin olunub.
Bizi Facebook-da izləyin