Tuxeldən Kanteyə “bəy tərifi”
“Çelsi”nin baş məşqçisi Tomas Tuxel futbolçusu Nqolo Kanteni tərifləyib.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Tuxel, Kantenin sakit təbiətli olduğunu deyib:
“Kante kubokları qazanmaq üçün lazım olan adamdır. Onun bizimlə olmasından çox məmnunuq. O, inanılmaz futbolçudur. Sakitdir, lakin tez-tez güldüyünü görürəm. Hər kəslə ünsiyyət qurmağı bacarır, amma tək qalmağı sevən futbolçudur. Onu izləmək çox xoşdur”.
Kante bu mövsüm “Çelsi” ilə 43 oyuna çıxıb və 3 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin