Lempard Premyer Liqadakı hədəflərini açıqladı

“Çelsi”nin baş məşqçisi Frenk Lempard İngiltərə Premyer Liqasının 9-cu turunda “Nyukasl”la qarşılaşdıqları oyundan sonra fikirlərini bildirib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Lempard minimal hesablı qəbələ qazandıqları oyunu (1:0) şərh edərkən bu mövsüm Premyer Liqadakı hədəflərini də açıqlayıb:

“İlk hissə bir az yavaşladıq və risk almaq istəmədik. Fasilədə uşaqlarla bunu danışdım və ikinci hissə komanda ruhunu ortaya qoyduq. Asan oyun olmadı. Oyunçularım cəsaərtli və inamı oynamalıdırlar. Bunları edərək qələbə qazanmaq çox vacibdir.

Kristian Pulişiçin oyunundan razıyam. Transfer məbləği səbəbindən onun haqda çıx danışıldı. Hələ 21 yaşındadır, burada yaxşı işlər görəcək.

Bu mövsüm hədəfimiz mövsümü ilk 4 sırada bitirməkdir. Bunun üçün sonuna qədər döyüşməliyik. Mövsümə yaxşı başlamadıq, ancaq indi düzgün yoldayıq”.

“Çelsi” 9 turdan sonra 17 xalla 4-cü sıradadır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button