“Çelsi”nin argentinalısı “Atletiko”nun hədəfində
İspaniyanın “Atletiko” klubu “Çelsi”nin hücumçusu ilə maraqlanır.
Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, Madrid təmsilçisi son zamanlar “Barselona”nın maraq dairəsində olduğu deyilən Antuan Qrizmannın komandadan ayrılacağı halda, onun yerini “Çelsi”nin futbolçusu Qonsalo İquaynla doldurmaq istəyir. “Hindular”ın baş məşqçisi Dieqo Simeonenin argentinalı futbolçunun oyununu bəyəndiyi və onu komandasında görmək istədiyi bildirilir.
Müqavilə ilə “Yuventus”a məxsus olan 31 yaşlı forvard, yanvar ayından icarə əsasında “zadəganlar”ın şərəfini qoruyur. O, Premyer Liqada keçirdiyi 12 oyunda 4 qolla yadda qalıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin