“Çelsi”nin əsas problemi
“Mançester Yunayted”in sabiq müdafiəçisi Rio Ferdinand “Çelsi”nin cari mövsümdəki çıxışını şərh edib.
Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, keçmiş futbolçu, “Çelsi”də yüksək səviyyədə hücumçu olmadığını deyib:
“Çelsi” transfer bazarında bu qədər pul xərcləməyi bacardı, amma komandada hələ də təmiz “doqquz nömrə” yoxdur. Bu, klubun əsas problemidir”.
“Zadəganlar” qış transfer pəncərəsi zamanı 8 yeni futbolçu ilə müqavilə imzalayıb.
“Çelsi” Premyer Liqanın 22 turundan sonra turnir cədvəlində 10-cu yerdədir. Komanda Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda Dortmund “Borussiya”sına 0:1 hesabı ilə məğlub olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin