“Çelsi”nin futbolçusu millinin tarixinə düşdü
İngiltərə millisi AÇ-2020-nin seçmə mərhələsinin 1-ci turunda Çexiyanı məğlub edib.
Komanda.az “Opta” saytına istinadən xəbər verir ki, 5:1 hesabıyla bitən görüş, İngiltərə yığmasının üzvü Kallum Hadson-Odoi üçün əlamətdar olub. Belə ki, oyunun 70-ci dəqiqəsində meydana daxil olan Kallum, İngiltərə yığmasında forma geyinən ən gənc futbolçu ünvanını qazanıb. “Çelsi”nin şərəfini qoruyan Kallum, buna 18 yaş 135 günlüyündə nail olub.
Bundan əvvəl İngiltərə millisində forma geyinən ən gənc futbolçu Dankan Edvards idi. O, yığmada debüt matçına 18 yaş 183 günlüyündə çıxmışdı.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin