“Çelsi” onu Almaniyaya göndərir
“Çelsi” futbolçusu İtan Ampadunu icarəyə verməyə hazırlaşır.
Komanda.az xəbər verir ki, 18 yaşlı müdafiəçi Almaniyanın “Leyptsiq” klubuna keçəcək. Bu barədə Almaniyanın “Kicker” nəşri məlumat yayıb. Ampadu 2019/20 mövsümünü icarə əsasında Bundesliqa təmsilçisində keçirəcək.
Ampadu ötən mövsüm “Çelsi”nin əsas komandasında 5 oyunda iştirak edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin